Yaxın Şərqdə YENİ SAVAŞ PLANI

Səudiyyə Ərəbistanında baş verən siyasi və iqtisadi proseslərin arxasında ABŞ prezidenti Trampın kürəkəni Jared Kuşner vardır.
 
Səudiyyə Ərəbistanında Yaxın Şərqdə yeni cəbhələşmənin önünü açan hakimiyyət savaşının arxasında ABŞ prezidenti Donald Trampın müşaviri və kürəkəni Jared Kuşner vardır. Tramp rəhbərliyinin senatdan zaman və coğrafi məkan sərhədi olmadan müharibə səlahiyyəti istədiyi bir dövrdə Jared Kuşner oktyabr ayının son həftəsində ər-Riyada gizli səfər edib.
Vəliəhd Şahzadə Məhəmməd bin Salman ilə gecə saatlarına qədər strategiya planlaşdıran Yəhudi əsilli Kuşner, 28 oktyabrda ABŞ-a qayıdıb. Ağ Ev ortaya çıxan gizli səfər haqqında açıqlama tələblərini rədd edib. Ər-Riyaddakı siyasi zəlzələ öncəsi, Vəliəhd bin Salmanın sentyabr ayının ilk həftəsində İsrailə gizli bir səfər təşkil etdiyi mediaya sızmışdı.
 
QURU QOŞUNLARI HAZIRLIĞI
 
Vaşinqton, Qəzza, Livan, Şimali İraq və Suriyada başladacağı isti bir müharibə öncəsi, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Səudiyyə Ərəbistanı və Liviyada General Hafterin rəhbərlik etdiyi qüvvələr də daxil, yeni quru qoşunlarını yaratmaq üçün hazırlıqlar görür.
Tramp rəhbərliyinin senatdan zaman və coğrafi məkan sərhədi olmadan müharibə səlahiyyəti istədiyi vaxtda ər-Riyadda baş verən çevriliş dəyişiklikləri, regionda yeni yaradılan cəbhənin ilk addımı kimi qiymətləndirilir. Yaxın Şərqdə ABŞ və İsrailin əli ilə çəkilməyə çalışılan yeni xəritənin həyata keçirilməsi quru qoşunlarının təşkilindən sonra ilk əməliyyatla Qəzzadan başlayacaq.
Yaxın Şərqin qatili Dahlanın rəhbərliyi altında keçiriləcək əməliyyat çərçivəsində Misir Ordusu Qəzzanı işğal edərək, “Həmas”ı oyundan çıxarılacaq, ləğv ediləcək.
 
HƏDƏF LİVANDIR
 
İsrail-Misir-BƏƏ ortaqlığı ilə yaradılacaq yeni qurum Dahlana təslim ediləcək və Qəzzada İsrail-Fələstin birgə məclisi qurulacaq. ABŞ 2018 ildə regiona 50 mindən çox əsgər göndərəcək və tərəfdaş ölkələr tərəfindən yaradılan quru qoşunları ilə birgə ikinci hədəf olaraq Livanda Hizbullahın varlığına son qoyacaqlar.
 
MÜHARİBƏ AN MƏSƏLƏSİDİR
 
Səudiyyə Ərəbistanında Məhəmməd bin Salmanın ölkədə hakimiyyətini möhkəmləndirəndən sonra ilk addımı Həmasın silahları təslim etməsi olacaq. Sonra Fələstinin daxili qarışdırılacaq ki, bəhanə olaraq BƏƏ-nin də dəstəklədiyi Misir ordusu Qəzzaya müdaxilə edə bilsin. Ancaq əsl əməliyyat Livanda keçiriləcək.
Bu çərçivədə yeni yaranan ittifaqın prioritet hədəfləri arasında Livan daxilində yaşayan 400 min fələstinlinin dəstəyini almaq var. Həmasın təcrid edilməsi və sonra Hizbullahın Livandan çıxarılması planının həyata keçirilməsi Səudiyyə Ərəbistanında Vəliəhd Şahzadə Məhəmməd bin Salmanın müxaliflər üzərində yüz faiz nəzarəti saxlamasına bağlı olacaq.
Bölgədə yenidənqurma adı altında baş verən proseslərdə əsas fiqurlar olaraq Məhəmməd İbni Ziyad, Dahlan, Hariri, Məhəmməd bin Salman və General Hafter kimi şəxslərin adları keçir.

Müxalifət.az