Yaxın Şərqdə yeni müharibə? 3 ərəb ölkəsi vətəndaşlarını Livanı dərhal tərk etməyə çağırdı – "Hizbullah" İsrailin qəfil hücumuna hazırlaşır

Muxalifət.az xəbər verir ki, 2006-cı ildə İsrailin ağır hücumlarına məruz qalan Livan yenidən müharibə qorxusu yaşamağa başlayıb. Səudiyyə Ərəbistanı Livandakı vətəndaşlarını dərhal bu ölkəni tərk eləməyə çağırıb. Səudiyyə Ərəbistanı ilə yanaşı, Bəhreyn və Küveyt də Livandakı vətəndaşlarının ölkəni qısa müddət ərzində tərk eləmələrini tələb edib.
Livan hökuməti isə 4 noyabrda, Riyadda səfərdə ikən istefa verən baş nazirini axtarır. Onlar Haririnin Səudiyyə Ərəbistanında əsir saxlanıldığına əmindirlər.
Ölkə iqtidarında təsir sahibi olan "Hizbullah" da İsrailin qəfil hücum hazırlığına qarşı Suriyadakı döyüşçülərini Livana geri çağırıb. Şiə qrup, axırıncı dəfə 2006-cı ildə Livana hücum edən Tel-Əvivin bu səfər bəzi ərəb ölkələrinin də dəstəyini alaraq, daha böyük qüvvə ilə hücumu ehtimalına qarşı hazırlıq görməkdədir.