​"Yaxın Şərqdə yeni dövlət qurulur" - İsrail nəşri

Vəliəhd şahzadə Məhəmməd bin Salmanın fəaliyyəti ilə Yaxın Şərqdə yeni ölkə qurulacaq.
Muxalifet.az xəbər verir ki, bu barədə İsrailin “Haartez” qəzetində yayımlanan analitik yazıda deyilib.
“Şahzadə Salman İsrail və ABŞ üçün yaxşıdır. O, Rusiya, İran, Əsəd və İŞİD mövzularında ABŞ-la uzlaşma yarada bilir və bəzi məlumatlara görə İsrailin yüksək çinli məmurları ilə görüşür. Görünür 32 yaşlı şahzadə köklü dəyişikliklərə hazırlaşır və ağır xəstə atası Kral Salmanın vəzifəsini icra edəcək”, - deyə geniş yazıda vurğulanıb.
Qeyd edək ki, vəliəhdin təzyiqi ilə Kral Salman ibn Əbdüləziz əs-Səud 4 noyabrda 10 şahzadə və 12 keçmiş nazirin həbs olunmasıyla bağlı qərar verib. Daha sonra isə kral ailəsi üzvlərindən həbs edilənlərin sayı 30-a çatıb. Həbs olunanlar arasında beynəlxalq aləmdə tanınan məşhur milyarder Əl Valid bin Talal da olub. Onların korrupsiyada ittiham olduğu vurğulanıb.