Yaxın Şərqdə SÜRPRİZ DƏYİŞİKLİK: İSRAİL-SƏUDİYYƏ İTTİFAQI YARANIR?

İsrail rəsmiləri İranın təhdidinə qarşı Səudiyyə Ərəbistanı ilə ittifaq qurmaq istəyi yöndə bəyanatlar verir.
 
Səudiyyə Ərəbistanında 4 noyabrdan bəri davam edən korrupsiya əməliyyatına paralel olaraq, İran və Livana qarşı sərt bəyanatlar səsləndirən ər-Riyad, Səudiyyə vətəndaşlarına Livanı təcili tərk etmə çağırışı ilə beyinlərdə müəyyən suallar yaratdı və Yaxın Şərqdə yeni bir qruplaşmanın yaradılmasının xəbərçisi olmuş oldu. İranın İraq, Suriya və Livanda artan nüfuzuna qarşı Səudiyyə Ərəbistanının İsrail ilə bir ittifaqa gedəcəyi artıq yüksək səslə dilə gətirilməyə başlayıb.
 
Adı hələ qoyulmayan ittifaq Yaxın Şərqdə balansı dəyişə bilər.
 
İsrailnin təhsil naziri, ifrat sağçı “Habayit Hayehudi” partiyasının lideri Nafta Bennett əvvəlki gün, "İsrailin 2 hədəfi var: İranın bölgədə hakim mövqeyə gəlməsini əngəlləmək və regiondakı ağlabatan oyunçularla İsrailin ittifaqlar qurmaq" olduğunu deyib. Bennett çıxışında Səudiyyə Ərəbistanının adını çəkməsə də, ölkənin qəzetləri İrana qarşı bir İsrail- Səudiyyə Ərəbistanı ittifaqı ehtimalının artdığından yazıblar. “Yerusalem Post” qəzetində yer alan bir yazıda keçmiş müdafiə naziri Moshe Yaalonun "İsrail ilə Sünni Ərəb ölkələrinin İranın nüvə təhdidinə qarşı birləşə biləcəyi" iddiası xatırladılıb və "İsrail və Səudiyyə Ərəbistanı yeni müttəfiqlər ola bilər" deyə, yazılıb.
 
İQTİSADİ YAXINLAŞMA
 
Bir-birini diplomatik olaraq tanımayan Səudiyyə Ərəbistanı ilə İsrail arasındakı yaxınlaşma, ABŞ prezidenti Donald Trampın may ayında bu iki ölkəyə etdiyi ziyarətlərlə başlayıb. ABŞ prezidenti Donald Tramp, 20 mayda səfər etdiyi ər-Riyaddan birbaşa İsrailə uçan ilk prezident olub. İsrail baş naziri Benyamin Netanyahu da bu məsələyə toxunaraq, "Ümid edirəm ki, bir gün İsrail baş naziri, Təl-Əvivdən ər-Riyada uçacaq" ifadəsini işlədib. İyun ayında İngilis “The Times” qəzeti, İsrail ilə Səudiyyə Ərəbistanı arasında birbaşa təyyarə reyslərinin həyata keçirilməsi və bir sıra iqtisadi əməkdaşlıq yönündə gizli görüş keçirdiyini yazmışdı.
 
KİRLİ İŞİ İSRAİL GÖRƏCƏK
 
İsrail mətbuatı Səudiyyə Ərəbistanı ilə ittifaqda Təl-Əvivin payına düşənin Livanın hərbi və siyasi olaraq ən güclü qrupu olan Hizbullah təşkilatına qarşı hərbi əməliyyatın keçirilməsi olduğunu irəli sürüb. İsrailin “Haaretz” qəzetində dünən nəşr olunan təhlil yazıda, "Sünni Krallıq (Səudiyyə Ərəbistanı) döyüş məkanını Suriyadan Livana daşımaq istəyir. Ərəbistan, İrana qarşı yeni bir cəbhə açır və İsraildən öz "murdar işini” görməsini istəyir” deyə şərh verilib. Son aylarda Livan sərhədləri yaxınlığında  genişmiqyaslı təlimlər keçirən İsrailin Hizbullaha qarşı 2006-cı ildən sonra yeni bir müharibə hazırlığı içində olduğu irəli sürülüb.

Müxalifət.az