​Yaxın Şərqdə qalmaq üçün.. - ABŞ-dan DƏHŞƏTLİ PLAN

Baxış sayı:
4582

Birləşmiş Ştatlar Yaxın Şərqdə müddətsiz hərbi mövcudluğa bəraət qazandırmaq üçün idarə olunan xaos vəziyyətini saxlamaq niyyətindədir.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bunu Moskvada keçirilən beynəlxalq təhlükəsizlik üzrə konfransda çıxışı zamanı Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov deyib.
“Möhkəm təəssürat yaranır ki, amerikalılar bu böyük geosiyasi məkanda idarə olunan xaos vəziyyətini saxlamağa çalışırlar. Bununla da ABŞ-ın regionda müddətsiz hərbi mövcudluğuna bəraət qazandırmaq istəyirlər”, - Lavrov qeyd edib.
Lavrov həmçinin bildirib ki, nüvə silahının istifadəsi imkanlarını artıran ABŞ-ın yeni nüvə doktrinası Rusiyada narahatlıq yaradır: “Vaşinqton strateji sabitlik sahəsində hərbi üstünlüyün təminatına və paritetin pozulması siyasətinə böyük əhəmiyyət verir. Raket əleyhinə müdafiə üzrə qlobal sisteminin genişləndirilməsi üzrə səylər, potensial artırılır və Rusiya sərhədlərinə yaxın ərazilərdə NATO-nun hərbi fəallığı güclənir. Nüvə silahının tətbiqi imkanlarının artırılması üzrə ABŞ-ın xətti dərin narahatlıq yaradır”.
Nazir həmçinin əlavə edib ki, kiberməkanda yaranan problemin NATO nizamnaməsinin 5-ci maddəsi (Bu maddə NATO-nun üzvlərindən birinə edilən hücumun bütün üzvlərə hücum kimi qiymətləndirilməsini nəzərdə tutur – red.) üzrə həlli cəhdləri müşahidə olunur.