Yaxın Şərqdə proqnozlaşdırılan hadisələr 10 MADDƏDƏ: Bu ölkə parçalanacaq

“Məsud Bərzaninin referendum keçirməsinə dəstək verənlər İran, İraq və Türkiyə üzərindən bu layihənin uğursuz olması ilə eyni vəziyyətin Suriyanın şimalında da baş verəcəyini gördülər. ABŞ-ın Suriya və İraqdakı tezisləri problemlərlə qarşılaşdı. ABŞ və İsrail cəbhəni daha da cənuba çəkdilər. BƏƏ, Səudiyyə Ərəbistanı və Misir üzərindən yeni bir qalxan yaratdılar. Bu qalxan Səudiyyə Ərəbistanı və BƏƏ üçün deyil, ABŞ və İsrail üçün qurulub”.
Muxalifət.az 
xəbər verir ki, bunu Səudiyyə Ərəbistanında həyata keçirilən həbsləri şərh edən Türkiyənin “Yeni Şəfəq” nəşrinin yazarı İbrahim Karagül bildirib.
İ.Karagül hesab edir ki, bundan sonra aşağıdakı proseslər baş verə bilər.
 
Livana hücum, Qətərdən intiqam
1.
İran-Səudiyyə qarşıdurması hər sahədə bir döyüşə keçə bilər. Suudiyyə Ərəbistanının Yəməni hava, dəniz və qurudan mühasirəyə almaq barədə qərarı da bu təhlükədən xəbər verir. Yəmənə genişmiqyalı müdaxilə, İrana isə hücum cəhdi ola bilər.
2. Yeni cəbhə İsrailin istədiyi kimi, Livana hücum etməyə və “Hizbullah”ı zərərsizləşdirməyə çalışır. Livanın baş naziri Saad Haririnin istefasına da bu çərçivədə baxmaq lazımdır. Şimali İraqda kürd muxtariyyətinin üzərindən İranla qonşu olmaq planı boşa çıxdı. Beləliklə, Livanın cənubundan İsrail sərhədindəki “Hizbullah” hədəf götürüləcək. Bəlkə də qarşıdakı günlərdə “Hizbullah”ın daha tez davranaraq İsrailə hücum etdiyini görə bilərik.
3. BƏƏ və yeni cəbhə Qətərdən intiqam almağa çalışacaq. Türkiyənin dəstək verdiyi Qətəri “sındıra” bilmədikləri üçün bu ölkənin hakimiyyətini devirmək istəyirlər. Livana hücum kimi, Qətərə müdaxilə ehtimalı da böyükdür. Həm Livana, həm də Bəsrə körfəzindən Qətərə müdaxilə ilə İranla müharibə başlanmış olacaq.
4. Türkiyənin Qətərdəki bazasının bu ölkənin müdafiəsində xüsusi əhəmiyyətini qeyd etmək lazımdır. Türkiyənin müdafiə naziri Nurəddin Caniklinin dünən Qətərə səfərinə bu çərçivədə baxmaq lazımdır. BƏƏ və yeni cəbhənin Qətərə hücum etdiyi anda Bəsrə körfəzi böyük bir savaşa sürüklənə bilər. İran raketləri BƏƏ-ni hədəf ala bilər. Ər-Riyadı bilmirəm, amma Livan və körfəzlə bağlı layihə tamamilə İsrail, ABŞ və BƏƏ planıdır və çox təhlükəlidir.
 
İraq və Suriyada yeni hücum
5
. BƏƏ, İsrail və ABŞ-ın Suriya və İraqdakı yeni cəbhə üzərindən hücuma keçəcəyini düşünürəm. Bölgədə itirdiyi mövqelərini geri almağa çalışacaqlar. Bu, Türkiyə, Rusiya və İrana toxunacaq və üç ölkə arasında koordinasiyanı daha da artıracaq. Ən əhəmiyyətlisi, BƏƏ və İsrailin Səudiyyə Ərəbistanı üzərindən PKK/PYD-yə sıx hərbi dəstək verəcəyini təxmin edirəm. Türkiyənin yeni cəbhəyə qarşı münasibəti bu halda sərtləşə bilər.
 
Yeni cəbhə Səudiyyə Ərəbistanını məhv edə bilər
6
. Coğrafiya böyük bir faciəyə sürüklənir. Məhəmməd ibn Salman müvəffəqiyyətli olarsa, Qırmızı dəniz sahilində Livan, Somali və Fələstin hərbi baxımdan hərəkətlənəcək. Bəsrə körfəzində Qətər və BƏƏ olmaqla iki cəbhə açılır. Bəhreyn və Səudiyyə Ərəbistanda şiələr, həmçinin Yəməndə husilər səfərbər ediləcək. İran bütün təsir sahələrindən istifadə edəcək. Əlbəttə, BƏƏ İranın hədəfi olacaq.
7. Vəliəhd şahzadə uğursuz olarsa, özü gedəcək. Layihə çökə, ABŞ və İsrailin bölgədəki nüfuzuna çox ciddi zərbə vurula, İraq və Suriyada tamamilə məğlub ola bilərlər. Səudiyyə Ərəbistanında böyük daxili qarşıdurmaları görə bilərik.
8. Amma nə olursa-olsun, yeni cəbhə Səudiyyə Ərəbistanını vuracaq. Ən böyük zərər bu ölkəyə dəyəcək, bəlkə də onu parçalayacaq. Aydındır ki, İranın Ər-Riyadla hesablaşması artıq açıq gerçəkdir. ABŞ və neocon dairələrin Səudiyyə Ərəbistanını parçalamaq planı da həmçinin. Şəxsən, Səudiyyənin böyük bir tələyə sürükləndiyini düşünürəm.

Əsas məqsəd islamın ürəyini vurmaqdır
9
. “İslam müharibəsi” layihəsini hazırlayanlar bu yeni cəbhənin memarlarıdır. Məkkə və Mədinə üzərindən islamın ürəyini vurmaq, müsəlman dünyasını utandığından başını qaldıra bilməyəcək vəziyyətə gətirmək onların ən böyük hədəfi və planıdır.
10. Coğrafiyamız bir cür xaçlı istilası ilə üzləşir. Heç kim unutmasın, ABŞ-la yaxınlaşanlar parçalanır. Türkiyənin nümunəsində də görürük ki, onlar ilk növbədə müttəfiqləri atəşə tuturlar./publika.az/