Yaxın Şərqdə kapitalist ABŞ-la Marksist PKK-nın qəribə iş birliyi – “THE TİMES” yazdı

Baxış sayı:
379

İngiltərənin məşhur media qurumlarından “The Times” prezident Ərdoğanın haqlı olduğunu və terrorçulara hücum etməyə hazır olduğunu bildirib.
 
8 ildir ki, Suriyada davam edən müharibənin sonu yaxınlaşıb. ABŞ Suriyadan çəkilməyə hazırlanarkən Türkiyə öz sərhədlərini terrorçulardan qorumaq üçün böyük mübarizə aparır.
 
TÜRKİYƏ SURİYAYA HÜCUM ETMƏYƏ HAZIRDIR
 
İngilislərin köklü media qurumlarından olan “The Tayms”-da bir məqalə yazan Riçard Spenser, Türkiyə prezidenti Ərdoğanın öz sərhədlərini qorumaq üçün haqlı bir mövqe nümayiş etdirdiyini və Suriyaya hücum etməyə hazır olduğunu ifadə edib.
 
 ORTA ŞƏRQİN ƏN QƏRİBƏ İŞ BİRLİYİ
 
Məqalədə həmçinin, Orta Şərqin ən qəribə iş birliyinin məhz kapitalist ABŞ-la Marksist YPG arasında baş verdiyi də qeyd olunub.
Müxalifət.az