Yaxın Şərq QATİLİ “PKK” İLƏ BAĞLI SUALDAN QAÇDI

 ABŞ Baş Qərargah rəisi, ordu generalı Cozef Dunford Rakkadaki Abdullah Öcalan plakatları haqqında “qınayırıq” deməklə yetindi.
 
Dunford, ABŞ-ın İŞİD-lə Mübarizə Üzrə Xüsusi Nümayəndəsi Brett Mcgurk ilə Virciniya ştatındakı Fort Belvoir Hərbi Bazasında ev sahibliyi etdiyi "Şiddət Tərəfdarı Radikal Təşkilatlarla Mübarizə Baş Qərargah Rəisləri Konfransı”dan sonra keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
İclasda AGENTLİK müxbirinin, "Rakka, ABŞ xalqının milyonlarla dollar vergisi və ABŞ əsgərlərinin köməyi ilə alınıb, ancaq YPG bunu PKK-nın terrorçubaşı Öcalana həsr etdiyini bəyan edib. Pentaqon bu hadisəni pisləyib, ancaq YPG Rakkanı PKK və Öcalanın ideologiyası ilə aldığını iddia edir. Siz bu dəyərəndirmə ilə razısınızmı"? sualına qarşılıq olaraq Dunford, "PKK-nı bir terror təşkilatı olaraq pisləyirik. Türk müttəfiqlərimizin yanındayıq və onların PKK ilə bağlı dəyərləndirmələrini bölüşürük" deyə cavab verib.
 Xüsusi nümayəndə Mcgurk isə "Rakkada Öcalan portretinin asılması ilə bağlı videoda Rakkanın alınmasının Öcalana həsr olunması məsələsini YPG ilə danışdınız mu? Bu məsələ ilə bağlı nə edəcəksiniz"? sualı qarşısında sanki nə deyəcəyini bilmədi.
Terror təşkilatı PYD/PKK ilə yaxşı əlaqələri olan və daha əvvəl Suriyada PYD/PKK düşərgələrini ziyarət edərkən görüntülənən Mcgurkun, "Baş Qərargah Rəisinin də dediyi kimi, bu məsələdə deyəcəyimizi dedik. Mənim bununla bağlı deyəcəyim başqa bir şey yoxdur", deməklə sualı cavablandırmaqdan qaçdı.
Digər tərəfdən, ABŞ Baş Qərargah Rəhbərliyindən edilən yazılı açıqlamada, 70-dən çox ölkənin baş qərargah rəislərinin konfransda iştirak etdiyi və ekstremist qruplar ilə regionlar arası terrorizm mövzusunun müzakirə olunduğu ifadə edildi.
 Qeyd edək ki, ilk belə Konfrans keçən il oktyabr ayında keçirilmiş və ABŞ Baş Qərargah Rəhbərliyinin açıqlamasına görə, 40-dan artıq baş qərargah rəisi Merilend ştatında yerləşən Andrews Birgə Hava Bazasında keçirilən toplantıya qatılmışdı.
Müxalifət.az