Yaxın Şərq mütəxəssisindən ŞOK AÇIQLAMA: “ABŞ Kürdləri tərk edəcək”

“The Independent” qəzetinin təcrübəli Orta Şərq müxbiri Robert Fisk, ABŞ-ın Yaxın Şərqdə bitdiyini və Kürdləri artıq tərk edəcəyini yazıb.
 
Soçidə Türkiyə-Rusiya-İran arasında Suriya məsələsində əldə olunan anlaşma və ABŞ prezidenti Doland Trampın prezident Ərdoğanla telefon danışığında artıq terror təşkilatı YPG-yə yardımı kəsəcəklərini bildirməsinin ardından, Yaxın Şərq məsələsində dünyanın aparıcı mütəxəssislərindən sayılan “The Independent” qəzetinin təcrübəli yazarı Robert Fisk diqqətləri cəlb edən bir təhlil yazısı ilə çıxış edib.
Fisk, ABŞ-ın Orta Şərqdə tamamilə təsirsiz vəziyyətə düşdüyünü yazıb. Bölgədə korrupsiya və bərabərsizliyin aradan qaldırılmadığı, artıq kimsənin insan haqlarından danışmadığına diqqəti çəkən Fisk, ABŞ-ın gələcək aylarda Kürdləri də tərk edəcəyini vurğulayıb.
Fiskin məqaləsindəki diqqət çəkən hissə belədir:
“Önümüzdəki aylarda tərk ediləcək, xəyanət ediləcək və ya unudulacaq olan Kürdləri və hamısı üç hərfli qısaltmalardan yaranan qəribə adlı milisləri dəstəkləyən az sayda Amerikan xüsusi qüvvələri xaricində, ABŞ həqiqətən də bir Cheshire pişiyinə çevrilib. Bəzən gözümüzün önündən tamamilə itir. Bəlkə də geriyə yalnız Cheshire pişiyinin gülümsəməsi qalacaq. Güman edirəm ki, Yaxın Şərqdə tək sözdən ibarət bir adı olan yeganə silahlı güc də Hizbullah olacaq. Və onlar da terrorçu siyahısındadır, təbii ki, Hizbullahın müttəfiqi Bəşər Əsədi dəstəkləyən Moskvada deyil.
Müxalifət.az