​“Yataq otağına girdim” - Qadının 63 minlik qızılını oğurladılar - VİDEO

Baxış sayı:
5915

Paytaxtda zərərçəkənə külli miqdarda ziyan vurmaqla törədilən oğurluq cinayətinin üstü açılıb.
 
Muxalifət.az xəbər verir ki, martın 28-də DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Səbail rayonu ərazisindəki evlərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.
Məlumatla əlaqədar Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırma zamanı ev sahibi olan qadın Bayıl qəsəbəsindəki mənzilindən 200 manat pul və 63400 manat dəyərində qızıl əşyalarının oğurlandığını bildirib.
Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların Bakı şəhər sakinləri Sərxan Bayramov və Teymur Şahpələngov olduqları müəyyən edilib. Oğurladıqları qızıl-zinət əşyalarının bir çoxu polis əməkdaşları tərəfindən maddi sübut kimi onlardan götürülüb.
Sərxan Bayramov (saxlanılan şəxs): “İçəri girdim, yataq otağına girib qızılları götürüb çıxdım. Səhər 3 üzük, 1 sırğanı aparıb satdım”.
Teymur Şahpələngov (saxlanılan şəxs): “Zəng elədi, getdik göstərdik. 100 manat verdi, ikinci dəfə isə 50 manat”.
Qeyd edək ki, mənzilə dəstə üzvü S.Bayramov daxil olub, T.Şahpələngov isə oğurlanan qızıl-zinət əşyalarını satmaq üçün müştəri tapıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar və istintaq hərəkətləri davam etdirilir./ARB TV/