Yaşlı qadını maşın vurub – YASAMALDA - FOTO

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb
 
Bakının Yasamal rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Bakı metropoliteninin "Elmlər Akademiyası" stansiyası yaxınlığında yolu keçmək istəyən 1955-ci il təvəllüdlü Ağayeva Rumiyyə Muhammədsayeviçi "Lada Priora" markalı maşın vurub.
Nəticədə qadın ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisəni törədən avtomobilin sürücüsü saxlanılıb. Maşın isə cərimə meydançasına aparılıb.
Faktla bağlı araşdırma gedir.