Yaşlı qadın 6 milyon avroluq tablonu mətbəxindən asıb - FOTO

Baxış sayı:
367

Fransanın paytaxtı Parisdə yaşayan bir qadının mətbəxindən asılmış tablonun məşhur florensiyalı rəssam Cimabue-nin əsəri olduğu üzə çıxıb. Tablonun dəyəri 6 milyon avro təsbit edilib.

"İsaya satışmaq" adlı tablonun 13-cü əsrdə Cimabue-nin çəkdiyi bir neçə rəsm əsərindən biri olduğu bildirilir.

Qadın illərdir mətbəxindən asdığı tablonun dəyərini öyrənmək üçün mütəxəssislərə müraciət edəndən sonra əsərin həm müəllifi, həm də qiyməti məlum olub.

Fransanın "Le Figaro" qəzetinə müsahibə verən ekspert Eric Turquin tablonun orijinal olduğunun təsdiqləndiyini söyləyib. "Bu əsər eyni əldən çıxıb" deyən Turquin onun həm də Cenni di Pepo adıyla tanınan Cimabue tərəfindən çəkildiyini deyib.

"Da Vinci-nin əsəri" rekord 450 000 000 dollara satılıb

Fransada "Mona Lisa-nın çılpaq eskizləri" aşkar edilib

Fransada "Mona Lisa-nın çılpaq eskizləri" aşkar edilib

Yunanıstan "7000 illik əsrarəngiz arxeoloji əşyanı" nümayiş etdirir

Əsərin 13-cü əsrə aid olmasını laboratoriya analizi də təsdiq edib.

Adı açıqlanmayan qadının tablonu gələn ay hərracda satışa çıxaracağı bildirilir.

Eyni seriyadan olan digər iki tablodan biri İngiltərənin paytaxtı London şəhərindəki Milli Qalereyada, digəri isə ABŞ-ın Nyu-York şəhərindəki Frick Kolleksiyasında saxlanır. (BBC)