Yaşayış binasında yanğın - SAKİNLƏR TƏXLİYƏ EDİLDİ

Baxış sayı:
2710

Xırdalanda yaşayış binasında yanğın olub.
Muxalifət.az xəbər verir ki, hadisə şəhərin Mehdi Hüseynzadə küçəsi, 26-cı məhəllə ərazisində qeydə alınıb. Çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində şaxtada baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Xilasedicilər 30 nəfər bina sakinini təxliyə edib.
Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb./apa/