​Yaşayış binasında yanğın - Gəncədə

Baxış sayı:
3220

Gəncədə yaşayış binasında yanğın baş verib.
Muxalifet.az FHN-nin saitinə istinadla xəbər verir ki, Gəncə şəhərində beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 40 kvadrat metr olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 6 kvadrat metr sahədə və 5-ci mərtəbədə ümumi sahəsi 40 kvadrat metr olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 6 kvadrat metr sahədə, 1 otağın qapısı və pəncərə çərçivəsi yanıb.
Yanğın zamanı 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub.
Mənzillərin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.