Yaşayış binasında yanğın - 11 SAKIN TƏXLİYYƏ OLUNDU

Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının texniki mərtəbəsində 10 kv.m sahədə məişət tullantıları yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 11 nəfər bina sakini təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.