Yasamalda yanğından sonra bir neçə yüz qaçqın evsiz qalıb

Baxış sayı: 180

Çərşənbə günü səhər Yasamal rayonunda tələbə şəhərciyinin keçmiş yataqxanasında başlayan yanğın günortadan sonra söndürülüb.
 
Alov binaya ciddi ziyan vurub. Binada Füzuli, Cəbrayıl və digər rayonlardan olan yüzlərlə qaçqın məskunlaşıb. Yanğın nəticəsində xəsarət alanlar var.
Qaçqınlarla İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov hadisə yerinə gəlib. Qəzəblənmiş adamlar onu fitə basıblar.
Qaçqınlar bildiriblər ki, 24 ildir ki, acınacaqlı şəraitdə yaşayırlar. Hakimiyyət adamları normal şəraitlə təmin etmək əvəzinə sarayların və abidələrin tikintisi ilə məşğuldur.
Ə.Həsənov xəzarət alanlara nə etmək niyyətində olduğunu açıqlamayıb. Yüzlərlə adam əmlaksız, evsiz qalıb.
Bina sakinləri arasında çoxlu əlil və yaşlı var