​Yasamalda 53 yaşlı kişi meyiti aşkarlandı

Baxış sayı:
997

Yasamalda 53 yaşlı kişi meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1964-cü il təvəllüdlü Sivuşkin Dmitriy Gennadiyeviçin cəsədini aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb.