​Yasamalda 36 yaşlı kişi bıçaqlandı

Baxış sayı:
2215

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.
Muxalifet.az xəbər verir ki, Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Səxavət Vahidov bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.
Səxavət Vahidovun kimin tərəfindən və hansı səbəbdən bıçaqlandığı məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb.