YASAMAL SAKİNLƏRİ ETİRAZA QALXDI - Onlar verilən kompensasiya ilə razılaşmır

Baxış sayı:
3235

Bakıda növbəti aksiya keçirilib.
 
“Kanal 13” xəbər verir ki, paytaxtın Yasamal rayonunda yerləşən Mirzəağa Əliyev 150 ünvanında yaşayan bir qrup sakin etiraz edib. Aksiyanın keçirilməsində səbəb sakinlərin evlərindən çıxarılmasına cəhddir. Sakinlər verilən kompensasiya ilə razılaşmır. Buna görə də Yasamal Rayon İcra Hakimiyyəti sakinləri məhkəməyə verib.
  
Sakinlər bildirirlər ki, məhkəmələr ədalətli qərar vermir. Bu səbəbdən də sakinlər ölkə başçısından kömək istəyirlər:
 
Həmin görüntüləri sizlərə təqdim edirik: