Yarmarkadan 3 milyon funt sterlinq zinət əşyası oğurlanıb

Polis bir nəfər də olsun şahid tapa bilməyib
 
London polisi “Masterpiec” əntiq mallar yarmarkasından oğurlanan, dəyəri 3 milyon funt sterlinq olan bəzək zinət əşyası ilə bağlı araşdırmanı davam etdirir.
 “The Art Newspaper” xəbər verir ki, zinət əşyası yarmarkanın İsveçrə zərgərlik stendindən oğurlanıb.
Polis bir nəfər də olsun şahid tapa bilməyib. Məlumata görə, yarmarkada gecə-gündüz mühafizə və video müşahidə sistemi fəaliyyət göstərir.
Qeyd edək ki, bu il həmin yarmarkanı 44 min nəfər ziyarət edib.