​Yarım tonluq bomba tapıldı: Əhali evakuasiya olunur

Baxış sayı:
5554

Almaniyanın Köln şəhərinin Pol rayonunda torpaq sahələrindən birində II Dünya Müharibəsindən qalma Amerika istehsalı olan bomba tapılıb.
Muxalifet.az “Reinş Post”a istinadən xəbər verir ki, bombanın tapılması səbəbindən 300 metr radiusda yaşayan mindən çox vətəndaş ərazidən evakuasiya edilib.
Tapılan bombanın ağırlığının yarım ton olduğu bildirilib.
Hazırda onun zərərsizləşdirilməsi üçün müvafiq strukturlar hərəkətə keçib.