Yardımlı, Şəmkir və Qazaxın icra başçıları təftiş ediləcək - Sumqayıtda isə narazılıq artır: “Gəncə hadisələri təkrarlana bilər”

“Beyləqan şefinə rüşvət vermiş "köməkçisi" cəncəldə - milyonluq mənimsəmə…”

Baxış sayı:
11929

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

Beləliklə, 24-30 sentyabr 2018-ci ildə mətbuatda adı ən çox hallanan icra hakimiyyəti başçıları arasında 1-ci yeri “QAZAXDA MÜƏLLİM KİMİN VAR YOXUNU SÖYDÜ?-VİDEO-18+ ”, “3 rayonun icra başçısı təftiş ediləcək - Yardımlı, Şəmkir və Qazaxın icra başçıları…”, “Qazaxın icra başçısını görən olmayıb ki…” başlıqlı 3 məqalənin 8 elektron KİV-də yayılması ilə Qazax rayon İcra Hakmiyyətinin başçısı Rəcəb Babaşov tutur.

Hesabat dövründə mətbuatda adı ən çox hallanan icra hakimiyyətin başçıları arasında 2-ci yeri “Sumqayıtda narazılıq artır: Gəncə hadisələri təkrarlana bilər”, ““ZAKİR FƏRƏCOVUN QOÇULARI REDAKTORUN BOĞAZINA BIÇAQ DİRƏDİLƏR!!!” ???” başlıqlı 2 məqalənin 6 elektron KİV-də yayılması ilə Sumqayıt şəhər İcra Hakmiyyətinin başçısı Zakir Fərəcov tutur.

Nəhayət, mətbuatda adı ən çox hallanan icra başçıları arasında 3-cü yeri isə “Beyləqan şefinə rüşvət vermiş "köməkçisi" cəncəldə - milyonluq mənimsəmə…” başlıqlı 1 məqalənin 3 elektron KİV-də yayılması ilə Beyləqan rayon İcra Hakmiyyətinin başçısı Vaqif Abdullayev tutur.
 
Muxalifet.az