“Yaralı terrorçunu boğaraq öldürüb” – ABŞ-lı hərbi həkimdən etiraf

Baxış sayı:
3046

İraqda yaralı bir İŞİD terrorçusunu öldürməklə ittiham olunan Xüsusi Əməliyyatlar komandirinin ABŞ-da baxılan məhkəmə iddiasında şahid olaraq ifadə verən Corey Scott terrorçunu onun boğaraq öldürdüyünü etiraf edib.
 
İraqda "Mülki əhaliyə yaylım atəş açmaq və yaralı bir döyüşçünü öldürməklə" ittiham olunan Xüsusi Əməliyyatlar komandiri Edward Gallagherin məhkəmə prosesi hərbi həkim Corey Scott-un verdiyi ifadəylə məhkəmə salonunda şoka səbəb olub. Cəza almamaq şərtiylə İraqda yaşananları nəql edən Scott, hava hücumundan sonra yaralı bir terrorçununhərbi bazaya gətirildiyini söyləyib.
İŞİD-çı terrorçunun ayağından yaralandığını və ciyərlərinin iflas etməsi səbəbiylə oksigen balonuna bağlandığını deyən Scott, döyüşçünün yanında olan Gallagherin birdən bıçaqını çəkərək döyüşçünü vurduğunu ifadə edib. Gallagherin bıçaq zərbələrinə baxmayaraq döyüşçünün nəfəs almağa davam etdiyini söyləyən Scott, 'mərhəmətlə hərəkət edərək' yaralı ölənə qədər baş barmağıyla oksigen borusunu bağladığını etiraf edib.
Müxalifət.az