Yaralı terrorçular “dinc sakin” geyimində xəstəxanalara daxil olmağa çalışdılar... – ƏHALİ ONLARIN BU OYUNUNU POZDU!

Baxış sayı:
5562

Türkiyə Müdafiə Nazirliyi və Azad Suriya Ordusu Suriyada keçirdiyi hərbi əməliyyatla Rasulayn və Tel-Abyadda asayişi bərpa edib.
 
Muxalifet.az xəbər verir ki, Türk ordusunun apardığı uğurlu əməliyyatla terror hədəfləri və terrorçular məhv edilib, dinc sakinlərə isə heç bir zərər dəyməyib.
Bununla belə, terror təşkilatı dinc sakinlərin öldüyü və yaralandığı haqda yalan informasiyalar yayıb.
Əməliyyatın başlandığı andan etibarən "sakinlər kimi geyinin"  təlimatı verilən terrorçuları hərbi sursatlarını daşımaq üçün geyindikləri xüsusi geyimlər və silahları ələ verib. Alınan yeni məlumatlara görə, terror təşkilatı yaralı döyüşçülərin müalicəsi üçün yeni plan qurub.
Belə ki, bu dəfə onlara hücum formalarını da  soyunmaq təlimatı verilib. Nəticədə yaralı terrorçulardan bəziləri silahları və hücum geyimlərini çıxararaq, Türk ordusu və ASO-nun nəzarət etdiyi ərazilərdəki xəstəxanalara müalicə üçün girməyə çalışıblar.Vəziyyətdən xəbərdar olan bölgə əhalisi qiyafəsini dəyişmiş terrorçuların xəstəxanalara daxil olmalarına mane olub. Terrorçular isə təslim olmaq yerinə, işğal etdikləri bölgələrə qaçıblar.
Terror təşkilatının yaralı üzvlərini əməliyyat gedən bölgədən kənarda yerləşən və hələ işğal altında olan Qamışlı kimi ərazilərə apardıqları bildirilir.
Xatırladaq ki, “Fərat Qalxanı” və “Zeytun Budağı” kimi əməliyyatlarda da yaralı  terroristlərin əməmliyyat gedən bölgədən  kənarda olan ərazilərə aparıldıqları bildirilirdi.
 
Muxalifet.az