Yaralı PKK terrorçuları AVROPAYA DAŞINIB

Baxış sayı:
5821

“Zeytun Budağı” hərəkatı çərçivəsində Afrində 4 min terrorist öldürüldü və PKK, Münbic ilə Hasekə bölgəsinə 1700 yaralı daşıdı. 70 PKK üzvü yaralı olaraq Şimalı İraqda Erbil üzərindən Almaniya, Danimarka və Fransaya aparıldı. PKK-nın Avropa üzrə təşkilatları və Qərbdəki yardım quruluşları məsələni həll etdi və terrorçuları Avropa xəstəxanalarına köçürdü. 20-dən çox terrorçu protezlə təmin olundu.
 
“Yeni Şəfəq”-in xəbərinə görə, yardım təşkilatlarının əliylə Avropaya daşınan PKK-lılara əlavə olaraq, Qamışlı, Resulayn, Ayn əl Arab və Dırbesiyə bölgələrinə aparılan PKK-lılardan bir qisimi da Şamda müalicə olunur. PKK işğalında olan bölgələrdəki xəstəxanaların yetərli tibbi təchizata sahib olmamasından, Qərb ölkələri və Şama nəql edilən terror təşkilatı mənsubları arasında bəzi ərazi üzrə başçıların da olduğu bildirilir.
 
PKK HOSPİTALI
 
PKK-nın Suriyada işğalı altında saxladığı yüzlərlə bölgədə yerli əhali tibbi yardım baxımından mağdur vəziyyətdədir. Hansı ki, terror təşkilatı üçün yardım mərkəzləri xüsusi tibbi mərkəzlər qururlar. Mülki şəxslərə Qamışlı, Ayn el Ərəb və Afrində Avropa və ABŞ-da fəaliyyət göstərən təşkilatlar tərəfindən tikilmiş terrorçu xəstəxanalarından faydalanmağa icazə verilmir.
 
YER ALTINDA TƏCİLİ TİBBİ YARDIM MƏRKƏZİ
 
TSQ-ASO ittifaqı tərəfindən həyata keçirilən “Zeytun Budağı” Hərəkatında ələ keçirilən terror səhiyyə mərkəzində yeraltı təcili tibbi yardım mərkəzinin yaradıldığı da ortaya çıxıb. PKK-ya xüsusi qurulan xəstəxananın bütün tibbi alt quruluşu və bəzi səhiyyə işçilərinin yenə də Avropadan gələn terror dəstəkçisi hərbçilərdən təşkil olunduğu bəlli olub. Milyonlarla dollar dəyəri olan terror Xəstəxanalara, Qərbin xüsusi təşkilatları ilə yanaşı, Qırmızı Xaç Cəmiyyətinin də yardım etdiyi müəyyənləşib.
Müxalifət.az