Yaralı erməni əsgərləri İrəvana daşınır

Baxış sayı: 108

17 iyunda cəbhədə yaralanan Yuri Zakaryan bu gün Xandəndində İrəvana aparılıb.
 
Nyus.am xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalının reanimasiya şöbəsinin rəhbəri Hayane Ovannisyan media açıqlamasında deyib. O bildirib ki, Zakaryanın vəziyyəti olduqca ağırdır.
Ovannisyan həmçinin bundan əvvəl daha iki erməni əsgərin iyunun 17-də sözügedən hospitalın reanimasiya şöbəsinə yerləşdirildiyini təsdiqləyib.
“1997-ci il təvəllüdlü Armen Vardanyan minanın partlaması nəticəsində başından qəlpə yarası alıb. Digər gözündən ağır yara alan əsgər isə Malayan adına mərkəzə köçürüldü”, - o qeyd edib.
Ermənistan MN yenə də 4 əsgərinin öldüyünü, 3-nün yaralandığını bildirib.
Xatırladaq ki, 16-17 iyun tarixlərində Ermənistanın cəbhədə törətdiyi təxribatın qarşısı alınarkən Azərbaycan Ordusunun endirdiyi cavab zərbəsi nəticəsində 6 erməni əsgər məhv edilib, bir neçə əsgər isə yaralanıb. Onlardan bəzilərinin vəziyyəti çox ağırdır.