​Yaqub Zurufçunun televiziyaya çıxmasına kim qadağa qoyub? – MÜĞƏNNİDƏN AÇIQLAMA

Baxış sayı:
460

"Azərbaycan dövləti mənə ad verir, televiziyalar isə qadağa qoyur".
 
Muxalifet.az APA-ya  istinadən xəbər verir ki, bunu Əməkdar artist Yaqub Zurufçu deyib.
 
Əməkdar artist bildirib ki, ATV ilə MTV kanallarından başqa, heç bir kanal dəstək olmayıb: "Kanallar qadağa qoyur, heç xəbərimiz olmur. Onlar arzu etsinlər ki, mən onların kanallarına çıxım. Yoxsa, mən o kanallara çıxan deyiləm".
 
Qeyd edək ki, bu gün Heydər Əliyev adına Respublika Sarayında Yaqub Zurufçunun solo konserti olub.