Yaqub Eyyubov niyə yoxa çıxıb?

Baxış sayı:
11635

Novruz Məmmədov Baş nazir vəzifəsindən azd ediləndən sonra onun müavinləri Əli Həsənovla Hacıbala Abutalıbov istefaya getdi. Bundan sonra belə məlumat yayıldı ki, Baş nazirin birinci müavini Yaqub Eyyubov da tutduğu vəzifədən azad ediləcək. 
Bu məlumatın ictimai rəydə özünə yer eləməsinin səbəbi Yaqub Eyyubovun da təqaüd yaşını ötməsi, eyni zamanda uzun müddətli məmur karyerası ilə bağlı idi. 
Məlumat üçün deyək ki, Yaqub Eyyubovun 74 yaşı var. O, 1999-cu ilin 25 fevralından həmin ilin 10 iyulunadək Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti komitəsinin sədri, 1999-cu ilin 10 iyulundan 2003-cü ilin 13 fevralınadək Baş nazirin müavini, 2003-cü ilin 13 fevralından isə indiyədək Baş nazirin birinci müavini vəzifəsində işləyir.
Qoşulmama Hərəkatına üzv ölkələrin XVIII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 24-də Azərbaycana gələn dövlət və hökumət başçılarını Baş nazirin müavinləri Şahin Mustafayevlə Əli Əhmədovun qarşılamasından sonra isə Yaqub Eyyubovun istefaya göndəriləcəyinə əminlik artdı. Çünki adətən belə tədbirlərdə qonaqları Yaqub Eyyubov qarşılayırdı. Fəqət, bu dəfə Baş nazirin birinci müavni görünmədi. 
Maraqlı məqamlardan biri də Yaqub Eyyubovun istefaya göndəriləcəyi barədə xəbərlərdən sonra üzdə olmamasıdır. Sanki Baş nazirin birinci müavini vəzifəsi ümumiyyətlə yoxdur.
Bu da Yaqub Eyyubovun yüksək vəzifli məmur kimi karyerasının son akkordalrını artıq son akkordlarını döyəclədiyindən xəbər verir.
Bəs o nə vaxt istefa verəcək? Bu sual hələ ki açıq qalır...
yenisabah