​Yaqland Narkoloji Mərkəzdəki yanğınla bağlı BAŞSAĞLIĞI VERDi

Baxış sayı:
2533

Avropa Şurasının Baş katibi Turbyorn Yaqland Bakıda Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla əlaqədar başsağlığı verib.
Bu barədə Avropa Şurasının məlumatında deyilir.
T.Yaqland baş verən hadisə ilə əlaqədar dərindən kədərləndiyini bildirib:
"Mən öz adımdan və Avropa Şurasının adından həlak olanların ailələrinə, Azərbaycan rəhbərliyinə və xalqına başsağlığı bildirirəm. Avropa Şurası bu faciəvi anda Azərbaycan xalqının yanındadır".