​Yaqland bəyan etdi: "Ermənistan Avropa ölkəsi olub"

Baxış sayı:
7846

Avropa Şurasının baş katibi Turbern Yaqland Ermənistanı Avropa tarixində və dəyərlərində kök salmış Avropa ölkəsi adlandırıb. O, Ermənistandakı hadisələri və Konstitusiya əsasında aparılan demokratik dəyişiklikləri alqışlayıb.
Virtualaz.org “Novosti Armeniya”ya istinadən bildirir ki, Strasburqda Ermənistanın baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransı keçirən T.Yaqland konstitusiyanın hazırlanmasında Avropa Şurasının fəal iştirak etdiyini xatırladıb və "hər şeyin işlədiyini görmək çox xoşdur" deyib.
T.Yagland, islahatların təşviq edilməsinə görə, xüsusilə də məhkəmə sistemində, Ermənistan baş nazirinə təşəkkür edib və Avropa Şurasının yardım göstərməyə hazır olduğunu bildirib.
"Bu yaxınlarda biz 2020-ci il üçün Ermənistan üzrə yeni bir fəaliyyət planı qəbul etmişik", - deyə o əlavə edib.
Baş katib onu da vurğulayıb ki, Ermənistanda qurumların gücləndirilməsinin təşviq edilməsi üçün birgə çalışacaqlar.
"Tam aydın görünür ki, Ermənistan Avropa tarixində və dəyərlərində kök salmış Avropa ölkəsidir", - deyə baş katib fikrini yekunlaşdırıb.