​Yaponlar deputatı Kurilə görə istefaya göndərir

Baxış sayı:
1645

Yaponiya parlamentinin aşağı palatasında deputat Hodaki Maruyamanın çıxışı zamanı Kuril adalarının qaytarılması üsulları sırasında “müharibə” variantını qeyd etməsi ilə bağlı qətnamə müzakirə edilib. Muxalifet.az xəbər verir ki, qətnamə gizli səsvermə nəticəsində qəbul edilib. Qətnamə deputatın könüllü şəkildə istefa verməsini və mandatından imtinasını təklif edir. Qeyd edək ki, Maruyama Kuril sakinləri ilə görüş zamanı “müharibə” varinatını səsləndirmiş, bu çıxışın Moskva və Tokioda rezonans doğurmasından sonra içkili olduğunu açıqlayaraq üzr istəmişdi.