Yaponlar ağacdan avtomobil hazırladılar - FOTOLAR

Baxış sayı:
445

Tokio Avtomobil Sərgisi Yapon hökuməti tərəfindən dizayn edilən və tamamilə taxtadan ibarət olan bir idman avtomobilinə ev sahibliyi edib. Yapon səlahiyyətlilərinə görə, ağac avtomobil digər avtomobillərdən 50 faiz daha yüngüldür.
Moderator.az xəbər verir ki, tamamilə ağacdan ibarət olan avtomobil hər nə qədər qulağa qəribə gəlsə də avtomobilə baxıldığı zaman onun ağacdan hazırlandığını anlamaq mümkün deyil.
Dizaynı ilə hər hansı bir idman avtomobilindən fərqlənməyən ağac avtomobil hazırda sadəcə hökumətin dəstəyi ilə istehsal edilir. Ancaq çox yaxın bir müddətdə Yaponya hökumətinin Uzaq Şərq avtomobil istehsalçılarının biri ilə iş birliyi qurması ilə bu konsept avttomobil həqiqətə çevrilə bilər.