"Yaponiyanı batırar, ABŞ-ı külə döndərərik!" - Şimali Koreyadan QORXULU TƏHDİD

Baxış sayı:
2629

Bütün dünyanı qarşısına alan Pyongyang rəhbərliyi bu dəfə təhdid miqyasını artırıb. Gözünü qaraldan Şimali Koreya nüvə silahlarla hücum edəcəyi Yaponiyanın dənizdə batırıla biləcəyini iddia  edir. 
Muxalifet.az xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreyanın xarici əlaqələrini və təbliğat işlərini idarə edən Koreya Asiya-Sakit Okean Sülh Komitəsi bu gün Vaşinqtona tabe olmaqla günahlandırdığı Yaponiyanı batırmaqla, ABŞ-ı isə külə döndərmək və qaranlığa məhkum etməklə təhdid edib. 
Marksizmə əsaslanan Şimali Koreya rəsmi ideologiyası Jucheyə və ölkənin inkişaf edən nüvə texnologiyasına istinadla "Dörd arxipelaq Juchenin nüvə bombasıyla dənizə batırılmalıdır. Yaponiyanın artıq ətrafımızda var olmasına ehtiyac yoxdur" ifadələri işlədilib.
Komitənin açıqlamasında Şimali Koreyaya sanksiya qərarı alan Birləşmiş Millətlər Təhlükəsizlik Şurasına da dağılmaq çağırışı edilib. Həmçinin BMT "ABŞ-ın əmri ilə hərəkətə keçən və pulla satın alınan ölkələrdən ibarət olan şeytani bir vasitə" kimi səciyyələndirilib. Cənubi Koreya üçün də "xainlər və ABŞ itləri" ifadəsi işlədilib.
Yaponiyadan isə Şimali Koreyanın açıqlamasına sərt reaksiya gəlib. Yaponiya Hökumətinin Baş Katibi Yoşihide Suga "Bu açıqlama qorxunc və hədsiz provokativdir. Regional gərginliyi artıran, qətiyyən qəbul edilməz bir şeydir" deyib.
Qeyd edək ki, Pyongyang rəhbərliyinin 2006-ci ildən bu yana ən güclü nüvə sınağını 3 sentyabrda etməsinin ardından ABŞ tərəfindən hazırlanan və Şimali Koreya rəhbərliyinə yeni iqtisadi sanksiyalar tətbiq olunmasını ehtiva edən qətnamə layihəsi bazar ertəsi BMT-də yekdilliklə qəbul edilmişdi. Layihə nüvə proqramını davam etdirən Şimali Koreyaya zavod neft satışına məhdudiyyət qoyurdu. Qaz və ən böyük ikinci gəlir mənbəyi tekstil ixracına embarqo tətbiq olunmasını tələb edir. Beləliklə BMT nüvə proqramı səbəbilə Şimali Koreyaya 2006-cı ildən bu yana iqtisadi və hərbi sanksiyalar ehtiva edən 9-cu qərarı təsdiq etmiş oldu.