Yaponiyadan QÜDS VƏ SƏFİRLİK QƏRARI

Baxış sayı:
4708

Yaponiyanın baş naziri Şinzo Abe ölkəsinin Təl-Əvivdəki səfirliyini Qüdsə daşımayacağını bildirib.
 
Abe, Yaxın Şərq səfərində gəldiyi Fələstində dövlət başçısı Mahmud Abbasla görüşüb. İşğal altındakı Qərbi Şeriada yerləşən Ramallahda baş tutan görüşdə iki lider Fələstindəki son prosesləri və iki ölkə arasındakı münasibətləri müzakirə ediblər.
 
FƏLƏSTİNƏ YARDIMLARA DAVAM EDƏCƏYİK
 
Baş nazir Abe, Yaponiyanın Fələstinə yönəlik yardımlarına davam edəcəyini bildirərək, İsrail-Fələstin məsələsində iki dövlətli həlli dəstəklədiklərini qeyd edib.
 
TƏL-ƏVİVDƏKİ SƏFİRLİYİMİZİ QÜDSƏ KÖÇÜRMƏYƏCƏYİK
 
Japonyanın baş naziri həmçinin, “Yaponiya Təl-Əvivdəki səfirliyini Qüdsə köçürməyəcək" deyə, bildirib.
 
ABBAS: YAPONİYAYA TƏŞƏKKÜR EDİRİK
 
Fələstin lideri Mahmud Abbas da iki ölkə arasındakı dostluğa diqqəti çəkərək, Abeyə hər sahədə Fələstinə verdikləri dəstəyə görə təşəkkür edib.
Abbas, görüşdə Fələstin tərəfinin, 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin qurulmasını nəzərdə tutan iki dövlətli həll planına tərəfdar olduqlarını təkrar edib.
Fələstin lideri sözügedən həllin mümkün olması üçün beynəlxalq hüquq çərçivəsindəki qərarların həyata keçirilməsi istiqamətindəki səylərdə əməkdaşlığa hazır olduqlarını vurğulayıb.
Müxalifət.az