​Yaponiyada güclü zəlzələ

Baxış sayı:
484

Yaponiyanın şimalında 6,7 bal gücündə zəlzələ baş verib.
Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar Hokkaydo adasında yerləşən Sapporo şəhərindən 66,9 km cənub-şərqdə qeydə alınıb.
Zəlzələ ocağı 39 km dərinlikdə yerləşib.
Dağıntı və tələfatla bağlı məlumat yoxdur. Sunami təhlükəli elan edilməyib.