Yaponiyada faciə! Çox sayda ölü və yaralı var

Baxış sayı:
12592

“Kyodo” agentliyinin xəbərinə görə, polis bir adamın üç mərtəbəli Kyoto Animasiya Studiyasının binasını yandırıcı maye tökərək yandırdığını ifadə edib. Yanğında 13 adamın öldüyünü, təxminən 40 adamın yaralandığını bildirən polis, yanğını törədən 41 yaşındakı adamın da yaralılar arasında olduğu və xəstəxanaya aparıldığını bildirib. Polisin ayrıca hadisə yerində bıçaqlar tapdığı qeyd edilib. Yanğının baş verdiyi əsnada binada təxminən 70 adamın olduğu sanılır. Hadisə şahidləri partlayış səsləri eşitdiklərini və binadan yüksələn qara tüstü gördüklərini ifadə edib. Mərkəzi Ujidə yerləşən və 1981 də qurulan "Kyoto Animation" (KyoAni) adlı studiya, çox sayda animasiya filmi və seriallarıyla tanınır. Müxalifət.az