​Yaponiya xarici işlər naziri Azərbaycana gələcək

Baxış sayı:
3508

Yaponiyanın xarici işlər naziri Taro Kono 5-6 sentyabr tarixlərində Azərbaycana rəsmi səfər edəcək.
Bu barədəd Muxalifet.az-a XİN-in mətbuat xidmətindən məlumat verilib.
Səfər çərçivəsində Taro Kononun xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.
Görüşdən sonra Azərbaycan və Yaponiya xarici işlər nazirlərinin birgə mətbuat konfransı nəzərdə tutulur.