​Yaponiya və Seneqal üz-üzə — 1/8 finala kim çıxacaq?

Baxış sayı:
1711

İyunun 24-də “Rusiya 2018”in on birinci gününün ikinci oyunu başlayıb. “H” qrupunda yer alan Yaponiya və Seneqal milliləri qarşılaşırlar.
Muxalifet.az xəbər verir ki, “Yekaterinburq Arena”da keçirilən görüşdə yaponiyalıların start heyətində meydana Eyndzi Kavasima, Qen Sendzi, Yuto Naqatomo, Qaku Sabasaki, Qenki Xaraquti, Sendzi Kaqava, Takasi Unui, Yuya Osaka, Makoto Xasebe, Xiroki Sakai, Maya Yosidaya çıxıblar. Komandanın baş məşqçisi Aliu Sissedi.
Seneqal yığmasının məşqçisi Nisino Akira ilk “11-lik”də Xadim İndiaye, Kalibu Kulibali, Salif Sane, Musa Vaqe, Yussuf Sabali, Alfred İndiaye, İndrissa Qeye, Pape Aliun Ndiaye, Sadio Mane, Mbaye Niyanq və İsmayila Sarra şans verib.
Görüşü italiyalı Canluka idarə edir. Qarşılaşma İdman Azərbaycan və İctimai Televiziyada canlı yayımlanır.
Seneqal yığması qrupun ilk turunda Polşa millisini 2:1 hesabı ilə məğlubiyyətə uğradıb. Yaponiya isə birinci turda gözlənilmədən Kolumbiya yığmasından üstün olub (2:1). Seneqal və Yaponiya görüşündə hər hansı bir komanda qalib gəlsə mundialın “play-off” mərhələsinə vəsiqə qazanmış olur.
Qeyd edək ki, Seneqal millisinin dünya çempionatlarının final mərhələsi ilə tanışlığı 2002-ci ildə baş verib. Afrika təmsilçisinin ən uğurlu çıxışı da, məhz həmin çempionatda olub. Həmin mundialın açılış matçında dünya çempionu Fransanı məğlubiyyətə uğradan və dörddəbir finaladək irəliləyən Seneqal yığmasının qarşısını Türkiyə millisi kəsib.
Yaponiya yığması isə bundan əvvəl üç dəfə mundiallarda çıxış etmək hüququ qazanıb. Gündoğar ölkə təmsilçilərinin ən uğurlu çıxışı 2002-cı ildə Koreya Respublikası ilə birgə ev sahibliyi etdikləri dünya çempionatında olub. Həmin mundialda qrup birincisi kimi səkkizdəbir finala yüksələn yaponlar Türkiyə millisinə 0:1 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıblar.
Xatırladaq ki, günün son qarşılaşması saat 22:00-da “Kazan Arena”da Polşa və Seneqal milliləri arasında keçiriləcək. İdman həvəskarları bu qarşılaşmanı da İctimai Televiziya və İdman Azərbaycan kanallarında izləyə biləcəklər.