Yaponiya Lavrovun Kuril barədə dediklərinə sərt reaksiya verib – «Qəbuledilməzdir!»

Baxış sayı:
3748

Muxalifet.az-ın xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiya Federasiyasının (RF) xarici işlər naziri Sergey Lavrovun «Yaponiya ilə sülh müqaviləsinin bağlanması ərazi mübahisəsinin həlli ilə eyniyyət təşkil etmir» səciyyəli fikrini Yaponiya nazirlər kabineti Baş katibinin müavini Koiti Xaqiuda çərşənbə günü «yolverilməz» adandırıb.
«Rusiya tərəfinin bu mövqeyi mütləq şəkildə yolveilməzdir» – deyə, o, jurnaistlərə bildirib.
Bununla bərabər, Tokionun mümkün reaksiyası barədə suala cavab verərkən, Xaqiuda bildirib ki, Yaponiyanın mövqeyi artıq dəqiq şəkildə ortaya qoyulub vəYaponiya tərəfindən hər hansı əlavə reaksiya nəzərdən keçirilmir.
«Rusiya ilə siyasi dialoqun sürətləndirilməsi, o cümlədən, ərazi problemi üzrə danışıqlar dəyişməz qalır» - deyə, Xaqiuda bəyan edib.
Bu ərəfədə, Rusiyanın xarici işlər naziri məbuat konfransında bəyan edib ki, Moskva Yaponiya ilə sülh müqaviləsini ərazi probeminin həllinin sinonimi hesab etmir.