​Yapon mütəxəssis Bakıdakı sürüşmə haqqında: "Böyük təhlükə var"

Baxış sayı:
5554

"Dəqiq məlumat əldə üçün ərazidə tədqiqat işləri aparmalıyıq. Hazırda yuxarıdakı evlər üçün böyük təhlükə var"
Bunu sürüşmə zonasında jurnalistlərə açıqlamasında Yaponiyadan gətirilən mütəxəssis deyib. O, bildirib ki, sürüşmə ərazisində olan 11 ev sökülərsə, daha fərqli qabaqlayıcı tədbirlər görülə bilər. 
Yapon mütəxəssis sürüşmə ilə bağlı dəqiq nəticələri ərazi tam öyrənildikdən sonra deyə biləcəyini vurğulayıb.