Yapon dənizi yağa "bulaşdı" - Səbəb?

Yaponiyanın Fusiki limanında Rusiyaya məxsus yük gəmisi qəzaya uğrayıb. 
Trend-in məlumatına görə, qəza nəticəsində Yapon dənizinə böyük həcmdə yağ axıb. 
Qəza nəticədə dəniz səthində 200 metr uzunluğunda və 10 metr enində yağ ləkəsi yarandığı bildirilib. 
Qəza zamanı gəmidə olan 19 nəfər xilas edilib.