​Yapon deputatdan şəhidlərimizlə bağlı örnək addım - Foto

Baxış sayı:
9043

Bakıda iki gün davam edən Parlamentlərarası İttifaqın Gənc Parlament üzvlərinin 5-ci Qlobal Konfransının iştirakçısı, Yaponiya parlamentinin üzvü Masanobu Ogura dekabrın 16-da Şəhidlər xiyabanında olub.
Milli Məclisin mətbuat xidmətindən bildiriblər ki, yaponiyalı deputat Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, şəhidlərin xatirəsinə ucaldılan “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyub.
Masanobu Oguranı Yaponiyanın Azərbaycandakı səfirliyinin əməkdaşları müşayiət ediblər.