Yapon baş nazir təcili Putinlə görüş tələb edir – Şok səbəb

Baxış sayı:
2533

Yaponiyanın baş naziri təcili olaraq Rusiya prezidenti ilə görüşmək istədiyini bildirib.

Muxalifet.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Yaponiyanın baş naziri Sindzo Abe bu gün səhər saatlarında verdiyi açıqlamada 2018-ci ilin sonuna qədər Vladimir Putinlə görüşəcəyini bəyan edib.

Görüş noyabr, yaxud oktyabr aylarında baş tutacaq.

“Rusiya-Yaponiya rəsmilərinin hazırda görüşü olduqca vacibdir” – deyə baş nazir vurğulayıb.

Rusiyalı ekspertlər Çin-Rusiya münasibətlərinin yaxınlaşmasından Yaponiyanın narahat olduğunu və Pekinlə birlikdə “Şərq-2018” təlimlərini keçirməsinin onlar üçün də mesaj olduğunu vurğulayırlar.