YAP öz “Ostap Benderi”ni deputat etdirə biləcəkmi?

Baxış sayı:
4414

Yeni Azərbaycan Partiyasından 113 saylı Şəki şəhər seçki dairəsindən deputatlığa namizəd Vüqar Yapon oğlu İskəndərovun tərcümeyi-halına diqqət yetirdikdə bir sıra ciddi çatışmazlıqların olduğunu bütün Şəki sakinləri bilməsə də bu şəxsi yaxından tanıyanlar onun həyat fəaliyyətini çox yaxşı bilirlər. Yəni, heç də Vüqar bəyin öz arzu və istəyilə yazdığı bioqrafiyasından fərqli olaraq reallıqlar tam başqadır:
Məsələn, qeyd etdiyi  kimi orta məktəbi bitirdikdən sonra 1991-1992 ci illərdə Sovet ordusunda hərbi xidmətdə olub. Amma qonşuları və dostları qeyd edirlər ki, Vüqar ümumiyyətlə heç bir ordu ( Sovet və ya Azərbaycan) sıralarında xidmət etməyib. Yəni, orduya yaralı olsaydı onu da digərləri kimi səfərbərliyə çağırıb 1992-ci ildən 1994-cü ilə kimi Azərbaycan Ordusunda hərbi xidmətə göndərərdilər.
Amma bunun əksinə olaraq Vüqar İskəndərovun tərcümeyi-halında isə 1993-cü ilin 1 iyunundan 1995 ci ilə qədər Şəkidə, “Məsul” İdman Cəmiyyətində karate-do üzrə məşqçi işlədiyi göstərilib. Burada sual yaranır. Azərbaycanin ərazi bütövlüyü təhlükə altında olduğu bir vaxtda, deputatlığa namizəd YAP-çının tay- tuşları torpaq uğrunda savaşdıqları günlərdə Vüqar İskəndərovun Şəkidə məşqçiliyi kimə lazım idi?
Vüqar İskəndərovun tərcümeyi-halındakı uydurduğu ikinci məsələ isə onun təhsili ilə bağlıdır. “Vikipedia”da göstərilən tərcümeyi-hala görə Vüqar İskəndərov 1996-cı ildə Gürcüstan Respublikası Laqodexi Elmi Tədris institutunun hüquq fakültəsinə daxil olmuş, 2001-ci ildə həmin institutu hüquqşünas ixtisası üzrə bitirmişdir.
Bu məsələilə bağlı ekspert rəyini təqdim edirik. Belə ki, xaricdə təhsil üzrə ekspert qeyd edir ki, Gürcüstan Respublikasının Laqodexi Elmi Tədris İnstitunda hüquq ixtisası üzrə 5 il müddətində diplom verilir. Lakin Gürcüstan Respublikası ərazisində yerləşən bütün Ali təhsil ocaqları boloniya sistemilə təhsil verir. Bu o deməkdir ki, bu ölkədə qiyabi təhsil yoxdur. Belə olan halda təbii sual yaranır. Cənab V.İskəndərov Şəkidən Laqodexiyə qədər olan 157 km məsafəni hər gün gedib gəlməklə necə təhsil alıb? Təhsil Nazirliyinin araşdırdığına görə onun 1996-2001-ci illər ərzində sərhədd –keçid məntəqəsini 5 il ərzində cəmi 9 dəfə keçdiyi məlum olmuşdur. Ona görə də onun diplomu da Təhsil Nazirliyinin Nostrifikasiya İdarəsi tərəfindən tanınmayıb və şəhadətnamə verilməyib. Digər tərəfdən özünün də qeyd etdiyi kimi, 1999-cu ilin 1 aprelindən 2000-ci ilin 3 yanvarına kimi Şəki rayon Kooperativlər İttifaqında aparıcı hüquqşünas, 2001-ci ilin 7 fevralından 2005-ci ilin 26 dekabrına kimi Şəki MRX-nın BUX-da hüquq məsləhətçisi vəzifələrində çalışmışdır.    Hətta saxta hüquq diplomunu 2001-ci ilin avqustunda aldğı zaman V.İskəndərov necə 1999-cu ildən “hüquqşünas” vəzifəsində işləmişdir?
Millət vəkilliyinə namizəd V.İskəndərovun qeyd etdiyi kimi – 1996-cı ildə karate üzrə Dünya üçüncüsü, 2003-cü ildə isə Avropa çempionu olması faktı ilə bağlı Dünya Karate Federasiyasının təqdim etdiyi siyahıda bu adamın adına rast gəlinmədi, elə özü də aldığı bu titulları təsdiq edən rəsmi sənədlərini hələlik bu günədək heç kim görməyib. Yəni nəticəyə gəlirik ki, bu adlar da saxta və uydurmadır.
Özünü rəsmi yerlərdə gənc kimi təqdim edən V.İskəndərovun bir düz qeydi vardır ki, o d doğum tarixidir. Bəli, o 1972-ci ildə anadan olmuşdur. Bəs necə olur ki, 48 yaşlı V.İsgəndərov rəsmi yerlərdə özünü gənc kadr kimi təqdim edir? Amma biz deputatlığa namizəddən fərqli olaraq  hesab edirik ki, kişinin tez tez saçlarını qara xına ilə boyaması hələ onun gənc olması anlamını daşımır.
Şəki şəhər 113 saylı  Dairə Seçki Komitəsinin yaxınlığında olan Ziya Bünyadov küçəsindəki lövhədən YAP namizədi olan Vüqar Yapon oğlunun şəkillərini seçicilər hər gün cırırlarsa və hər gün Şəki YAP qərəgahı üzvləri yenidən öz namizədlərinin fotoşəkillərini yapışdırmaqdan yorulurlarsa bu necə təbliğatdır?
Bütün qeyd edilənlərə rəğmən biz  YAP-dan olan deputatlığa namizəd Vüqar İsgəndərova bu seçki marafonunda uğurlar arzulayırıq. Şəki əhli öz “Ostap Benderi” ilə fəxr edə bilər.
Teref.az