YAP-çı deputat Məşğulluq Xidmətini TƏNQİD ETDİ

Baxış sayı:
27454

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Rauf Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin fəaliyyətini tənqid edib.
Demokrat.az-ın xəbərinə görə, deputat deyib ki, xidmət müraciət edən şəxsə ən aşağı səviyyəli işləri təklif edir: 
“Həmin şəxs də deyir ki, ali təhsilliyəm. Ona görə də təklif edilən işdən imtina edir. Beləliklə, həmin vətəndaş işsiz qalır. Bu məsələyə hansısa formada baxılmalıdır”.