YAP-çı deputat Əli Həsənovu ittiham etdi

Baxış sayı: 55

Rafiq Məmmədhəsənov: «Öz övladına, nəvəsinə rəhbərlik edə bilmirsə, o boyda camaatı necə idarə edəcək?»
 
«Məmur öz övladına nəzarət edə bilmirsə, o nə məmurdur? O boyda camaatı necə idarə edəcək?», – hakim Yeni Azərbaycan Partiyasının üzvü, deputat Rafiq Məmmədhəsənov Azadlıq Radiosuna belə deyir.
O, baş nazirin müavini, Qaçqın və Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri, YAP sədrinin müavini Əli Həsənovun nəvəsinin törətdiyi avtoqəzadan danışarkən məmur yaxınlarının özbaşınalığını pisləyir.
Onun qənaətincə, məmur özü nümunəvi olmalıdır, məmurun ailəsi də, övladları da, nəvəsi də, hamısı nümunəvi olmalıdır. Deputat daha sonra sual edir: «O, öz evinə, övladına, nəvəsinə rəhbərlik edə bilmirsə, bu nə bacarır?..».
R.Məmmədhəsənov Azadlıq Radiosunun başqa suallarına cavab vermək istəməyib. Ümumiyyətlə, deputatların çoxu bu mövzuda susmağa üstünlük veriblər.