​Yanvarda büdcədən səhiyyə sisteminə heç bir vəsait ödənilməyib – EKSPERTDƏN AÇIQLAMA

Baxış sayı:
4765

“Səhiyyə sistemində əmək ödənişinə 35 milyon yox, 11,5 milyon ayrılıb”
“Statistika Komitəsi bu ilin yanvar ayı üzrə dövlət büdcəsinin icrasına dair hesabat yayıb. Hesabata görə, ay ərzində ölkənin səhiyyə sisteminə dövlət büdcəsindən cəmi 11.5 milyon manat ayrılıb. Hər şey bir tərəfə, təsdiq edilmiş büdcə sənədinə görə 700 milyon manata yaxın səhiyyə xərclərinin 400 milyon manata qədəri il ərzində əmək ödənişinə yönəldilməlidir. Bu hər ay orta hesabla 35 milyon manat ətrafında xərc deməkdir”.
Muxalifet.az xəbər verir ki, bu barədə iqtisadçı Rövşən Ağayev deyib.

“1 ay bu sistem vəsaitsiz necə çalışa bilər?”

“İndi Statistika Komitəsinin hesabatından belə görünür ki, yanvar ayında başqa xərclər bir yana, heç onsuz da kiçik maaşa qulluq edən səhiyyə işçilərinin məvacib xərcləri belə səhiyyə təşkilatlarına köçürülməyib.
Rəqəmdən görünür ki, demək olar səhiyyə sistemi yanvar ayı büdcədən vəsait almadan yaşayıb. 1 ay bu sistem vəsaitsiz necə çalışa bilər? Möcüzədi...”, - deyə iqtisadçı vurğulayıb.

Muxalifet.az