“Yanukoviç ölkəyə qayıdacağı halda...” – SENSASİYALI BƏYANAT

Baxış sayı:
3910

“2014-cü ildə ölkənin sabiq prezidenti Viktor Yanukoviç ölkəyə qayıdacağı halda, öz vəzifələrini icra edərdi”.
“RİA-Novosti” xəbər verir ki, bunu Ukraynanın keçmiş baş naziri Arseniy Yasenyuk ölkənin sabiq prezidenti Viktor Yanukoviçlə bağlı keçirilən məhkəmədə deyib.
O bildirib ki, ölkə konstitusiyasında “prezidentin itdiyi” halda parlamentin hərəkətlərinin proseduru nəzərdə tutulmayıb.
Yasenyukun sözlərinə görə, 2014-cü ilin fevralında Ali Rada tərəfindən qəbul edilən qətnamədə Yanukoviçin vəzifəsindən kənar edilməsi haqqında frazalar yoxdur. Sabiq hökumət başçısı qeyd edib ki, qətnamədə dövlət başçısı tərəfindən vəzifələrin yerinə yetirilməməsi ilə əlaqədar onun səlahiyyətlərinin Ali Radanın başçısına verilməsi qeyd olunub.
 
“Əgər Yanukoviç Kiyevə qayıtsaydı və desəydi ki, “Mən itmədim, mən Ukrayna dövlətini satmadım, mən Ukrayna parlamentinə müraciət edirəm: qətnaməni ləğv edin”, və ya: “Mən məhkəməyə müraciət etdim, qətnaməni ləğv edin”, və ya: “Mən Konstitusiya məhkəməsinə müraciət etdim, qətnaməni ləğv edin”, - onda o öz vəzifələrinə nəzəri olaraq qayıda bilərdi”, - Yasenyuk söyləyib.
Qeyd edək ki, Yanukoviç 2013-cü ilin sonunda başlayan Maydan hərəkatının nəticəsi olaraq 2014-cü fevralında devrilib və Rusiyaya qaçıb. Bundan sonra Krım Rusiya tərəfindən ilhaq edilib və ölkənin şərqində Donbas konflikti başlayıb./publika/