​Yanımızda olduğu müddətdə kürəyimiz yerə dəyməz - Yıldırım

Baxış sayı:
3775

Bu torpaqlar bir cahan dövlətinin qurulduğu, Ərtoğrul Qazinin at çapdığı torpaqlardır. Yanımızda olduğu müddət ərzində bizim kürəyimiz yerə dəyməz.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Baş naziri Binəli Yıldırım Kütahya şəhərində keçirilən konqresdə bildirib.
"Kütahya 15 iyul tarixində dirçəliş dastanını yazdı. Prezidentimiz 20 yanvarda "Zeytun budağı" əməliyyatının başladığını buradan bəyan etdi. Bu gün isə əməliyyatın 43-cü günüdür və bu şəhərin dövlət avtomobil nömrəsi 43-dür. O, torpaqlarda terrorçular yox olana qədər bu şanlı mübarizə davam edəcək", - Yıldırım söyləyib.