“Yanğınların davamlı xarakter alması qəsdən törədilməsi ilə bağlı şübhələri artırır” - QUBAD İBADOĞLU

Baxış sayı:
3193

“Son vaxtlar sahibkarlıq subyektlərində yanğınların davamlı xarakter alması onların qəsdən törədilməsi ilə bağlı şübhələri artırır. Bu gün də “Sədərək” Ticarət Mərkəzində yanğın hadisəsi baş verib və yəqin ki, bu hadisədən yenə də sahibkarlar ziyan çəkəcək. Yanğının hansı səbəbdən baş verməsi ilə bağlı rəsmi açıqlama olmasa da, yenə ehtimallar onun qəsdən törədilməsi üzərində cəmlənib”.
Bu barədə Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu deyib.
İbadoğlunun sözlərinə görə, belə yanğınların baş verməsinin və genişlənməsinin başlıca səbəbi yanğından mühafizə qaydalarına əməl olunmamasıdır: “Bu isə korrupsiya və rüşvətxorluğun mövcud olduğu hazırkı şəraitdə qanunlara və qaydalara əməl edilməməsindən qaynaqlanır. Digər ehtimal hakimiyyət daxili qruplaşamaların savaşı ilə bağlıdır. Başqa bir səbəb də əmlakın məcburi sığortası üçün əsasların yaradılması ilə izah edilə bilər. Sığorta olunmamış əmlakın yandırılması bu məqsədə xidmət edə bilər”.